ELANLAR

SABAH məzunu və Zeppelin Universitetinin tədqiqatçısından 2 günlük mühazirə və vörkşop

19 May 2024

Keçirilmə tarixi: 19 May 2024

Rəqəmsal sənətin tarixini araşdırın və öz layihənizi yaradın!

sonlu/suz əlaqələr: Sənətdə rəqəmsal şəbəkələr

Bu seminar ilk günlərdən post-rəqəmsal dövrə qədər rəqəmsal incəsənət icmalarının inkişaf prosesini araşdırır. Birlikdə müzakirə aparıb mentorluq ilə siz öz ideayalarınızı təkminləşdirə və VR sərgi üçün işlərinizi hazırlaya bilərsiniz.

Mühazirəçi: Anna Fex, Aghababa Baghirov , Ruqiyyə Salmanova (Tərcüməçi)

Dil: Azərbaycan, ingilis

Kimin üçün?: Rəqəmsal incəsənət, media nəzəriyyəsi və sosial sənətlə maraqlanan yaradıcı insanlar üçün təhsil proqramıdır. Təlimlərdə iştirak üçün təcrübə tələb olunmur

Seminar iki hissədən ibarətdir. Birinci hissə sənət sahəsində rəqəmsal şəbəkələrin tarixi təkamülünü araşdırmaq məqsədi daşıyır. İkincisi, iştirakçıları potensial layihələr üçün öz yaradıcı konsepsiyalarını inkişaf etdirməyə və təkmilləşdirməyə dəvət edir.

2 Günlük Seminar Cədvəli:

1-ci gün: 3 saat nəzəriyyə və məşqlər

2-ci gün: 2 saatlıq Ro Rəqəmsal Sənət Məkanının təqdimatı və VR sərgisi üçün ideyaların hazırlanması