ELANLAR

Berkli Universitetinin professorundan ADİU SABAH tələbələrinə ”Akademik yazı” mühazirələri!

14 May 2024

Keçirilmə tarixi: 14 May 2024

Amerika Birləşmiş Ştatlarının Kaliforniya Ştatının “Berkli” Universitetinin (University of California, #Berkeley) professoru və Praqa Təkmilləşdirmə İnstitutunun (#Prague Institute for #Qualification #Enhancement) direktoru , Praqa Biznes Məktəbinin (Prague Business School) professoru Vadim Strielkovski 14-17 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları İcra Komitəsinin təşkilati dəstəyi ilə #UNEC SABAH mərkəzində “Kommersiya” ixtisasının “Elektron kommersiya” ixtisaslaşmasında magistratura və bakalavriat tələbələrinə "Akademik yazı" fənni üzrə mühazirə deyəcəkdir.

Qeyd edək ki, Vadim Strielkovski beynəlxalq səviyyədə yüksək nailiyyətləri olan alimdir. Belə ki, onun elmi göstəriciləri aşağıdakı kimidir:

Web of Science: 201 documents, h-index 33

Scopus: 244 documents, h-index 37 (> 3400 citations)

Google Scholar: h-index 52 (> 8000 citations)

#eduaz #EATDA #ecommerce #AcademicWriting