SABAH tələbəsi təqaüd proqramına layiq görülüb!
TƏLƏBƏLƏR
05 Mart 2025
SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Rəvan İsmayılzadə dünyanın böyük neft və qaz servis şirkəti olan Baker Hughes şirkətinin "Wireline Field Service Internship" proqramının ödənişli istehsalat təcrübəsini qazanıb. Üç mərhələdən ibarət seçim mərhələsindən sonra tələbəmiz şirkətin internship proqramına layiq görülüb.