XƏBƏRLƏR

SABAH tələbəsi “Holberton School” təqaüd proqramına qəbul olunmuşdur. 

TƏLƏBƏLƏR

07 İyun 2024

SABAH qrupları Bakı Dövlət Universitetinin (#BDU) Kompüter elmləri ixtisasının IV kurs tələbəsi Mirheybət Həsənov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “PAŞA Holding” Şirkətlər qrupunun sponsorluğu ilə dünyanın nüfuzlu məktəblər şəbəkəsi “Holberton School” da Kompüter elmləri üzrə elan olunan #təqaüd proqramına qəbul olunmuşdur.
Qeyd edək ki, “Holberton” Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir.