SABAH tələbəsi beynəlxalq təhsil forumunda!
TƏLƏBƏLƏR
13 Sentyabr 2024SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə” ixtisasının 3-cü kurs tələbəsi Məryam İsmayılova Azərbaycanı təmsil edən 5 iştirakçıdan biri olaraq, Həştərxanda Cənub Federal Dairəsinin "#BeregA" adlı beynəlxalq gənclər təhsil forumunun iştirakçısı olub.
Bu forumun əsas məqsədi Xəzəryanı dövlətlərin, eləcə də Belarus və Özbəkistan gənclərini bir araya gətirmək idi.
"Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan iştirakçıları ilə birlikdə biz bütün Xəzəryanı dövlətləri birləşdirən bir layihə yaratdıq. Biz Xəzər brendini yaratdıq. Eyni zamanda, Xəzər dənizinin sahillərinin təmizlənməsi üzrə ilk tədbiri planladıq və bu tədbir bizim birliyimiz tərəfindən həyata keçiriləcək," - deyə Məryam bildirib.
Komandalar bir neçə layihə hazırlayıblar və Məryam İsmayılovanın layihəsi ən yaxşı layihə seçilərək Həştərxan vilayətinin qubernatoruna təqdim edilib.
Forum ərzində iştirakçılar təkcə Xəzəryanı dövlətlərin brendini yaratmaqla kifayətlənməyib, həm də sıx dostluqlar qurub, əlaqələr mübadiləsi ediblər.