XƏBƏRLƏR

SABAH tələbələrinin Bursa şəhərində təcrübə mübadiləsi başa çatdı.

TƏLƏBƏLƏR

17 Mart 2025

14-19 mart 2025-ci il tarixlərində Azərkosmosun Kosmik Akademiyası və GUHEM-in təşkilatçılığı, eləcə də Azərbaycan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə  keçirilən layihə çərçivəsində SABAH tələbələrinin də iştirak etdiyi 26 nəfərdən ibarət tələbə, gənc alim, təhsil işçiləri və rəhbər şəxs #Bursa, #Ankara və #İstanbul şəhərlərində müxtəlif aparıcı kosmos və aviasiya təşkilatları ilə tanış olacaqlar və nəzəri və praktiki təcrübə mübadiləsi keçəcəklər. 


Qeyd edək ki, Bursa şəhərində tələbələr RF4 Phantom və Jet Mühərriklərinin İş Prinsipi, Vəzifə Emblemi, Kosmosda Əsas Yaşam Təlimi, Çoxoxlu Simulyator, VR Mikro-Çəkisizlik Simulyatoru, ISS Simulyasiyası, Peyk Texnologiyaları və Kosmik Tullantılar, Astronavt Menyusu, Kosmosun Kəşfi və Gələcəyin Peşələri: Layihə İnkişafı kimi təlimlərdə iştirak etmişdirlər və 17 mart tarixində növbəti təlimlərdə iştirak üçün Ankaraya yola düşmüşdürlər.