XƏBƏRLƏR

SABAH tələbələri “IT Brains Academy” və “Technest University”nin tərəfdaşlığı ilə təşkil olunan təlimlərin mükafatlandırılma mərasimində.

04 İyun 2024

Azərbaycan Texniki Universitetində (AzTU) “Texnest” çərçivəsində təşkil olunan təlimlərin mükafatlandırılma mərasimi keçirilib. AzTU SABAH qrupları, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi , “IT Brains Academy” və “Technest University”nin tərəfdaşlığı və dəstəyi ilə təşkil olunan təlimlər 3 ay davam edib.

Tədbirdə AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi İcra  Komitəsinin rəhbəri Elza Səmədova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova, “IT  Brains Academy”nin təhsisçisi və rəhbəri Orxan Məmmədov çıxış edərək təlimlərin əhəmiyyətindən danışıblar.
Sonda təlimləri uğurla bitirən tələbələrə sertifikat təqdim olunub.