XƏBƏRLƏR

SABAH tələbələri “Enactus World Cup Simulation 2024”-də.

TƏLƏBƏLƏR

04 İyun 2024

SABAH qrupları Azərbaycan İdman Akademiyasının Enactus komandası “Enactus World Cup Simulation 2024” düşərgəsində iştirak edib.
Düşərgə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində keçirilib.
Düşərgənin məqsədi “Enactus Azərbaycan” komandalarına biznes, sahibkarlıq və idarəetmə mövzuları üzrə peşəkarların iştirakı ilə təlimlərin keçirilməsi və Qazaxıstanda keçiriləcək “Enactus Dünya Kuboku”na Enactus Azərbaycan komandalarının praktiki hazırlaşdırılmasıdır.
Qeyd edək ki, #Enactus komandasında SABAH tələbəri  Nihad Şahbazov, Fatimə Həsənova, Fərid Tağızadə yer alıblar.