XƏBƏRLƏR

SABAH tələbələri BƏƏ-də təcrübə proqramında!

TƏLƏBƏLƏR

09 Sentyabr 2024

SABAH tələbələri Məhəmməd Bin Rəşid Kosmik Mərkəzində (#MBRSC) 7 günlük təcrübə proqramında iştirak edəcəklər. Bu proqram Azərkosmosun təşkilatçılığı, KOSMİK Akademiyanın və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (Innovation and Digital Development Agency) dəstəyi ilə həyata keçirilir.

Tələbələr kosmik tədqiqatlar, aerokosmik mühəndislik, süni intellekt və digər texniki sahələrdə təcrübə qazanacaq, elmi komanda ilə işləmək və təqaüd qazanmaq şansı əldə edəcəklər. Proqram çərçivəsində həmçinin master-klasslar və müxtəlif təlimlər keçiriləcək. Təcrübə başa çatdıqda iştirakçılar xüsusi sertifikatlarla təltif ediləcək.

Kosmik Mərkəz BƏƏ-nin Milli Kosmik Proqramını idarə edir və 2021-ci ildə Marsa çatan ilk ərəb missiyası “Emirates Mars”ı həyata keçirmişdir.