SABAH Tələbə-Məzun Forumunun ikinci günü!
04 Dekabr 2024
SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisi davam edir!
Forumun ikinci günündə "Liderlikdə vizyon və strategiya: Uğurun açarı" mövzusunda panel sessiyası təşkil edilib. SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədovanın moderatorluğu ilə aparılan panel sessiyasında #Hacettepe Universitetinin professoru Şefika Şule Erçetin və #Ankara Hacı Bayram Veli Universitetinin professoru Şuay Nilhan Açıkalın çıxış ediblər.
Ardınca SABAH məzunları olan Günay İmanzadənin “Mən SABAHam”, Kənan Səlimovun “SABAHkı Sən” və MirGünay Bayramovanın “Mənim, Bizim SABAHımız” mövzusunda #TEDx formatında çıxışları baş tutub.
İkinci günün yekununda tələbə və məzunlar üçün intellektual yarış keçirilib və ilk 3 yerə layiq görülən komandalar mükafatlandırılıb.
Eləcə də, SABAH qrupları və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən karyera sərgisi də davam edib.