MƏZUNLAR

SABAH məzunları İsveçin Lund Universitetində tam təqaüdlə təhsillərini davam etdirəcəklər!

MƏZUNLAR

12 May 2024

#SABAH qrupları Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasının IV kurs tələbəsi Zübeyir Bağırzadə və SABAH qruplarının "Hüquqşünaslıq" ixtisasının 2023-cü il məzunu Nəzrin Yaqubova İsveç Xarici İşlər Nazirliyinin SI dövlət təqaüdünün (Swedish Institute Scholarship for Global Professionals) qalibi oldular. Nəzrin Yaqubova Avropa biznes hüququ üzrə, Zübeyir Bağırzadə isə Beynəlxalq insan hüquqları üzrə İsveçin Lund Universitetində tam təqaüdlə təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, kifayət qədər rəqabətli hesab olunan “SI Scholarship for Global Professionals” təqaüdünə 50-yə yaxın dövlət arasından ümumilikdə 8167 nəfər müraciət etmiş və Azərbaycan Respublikası üzrə təqaüdə ilk dəfə olaraq rekord həddə, ümumilikdə, 36 nəfər layiq görülmüşdür.