XƏBƏRLƏR

Qarabağ Universiteti SABAH qruplarının tələbə qəbulu üçün infosessiya keçirildi.

TƏLƏBƏLƏR

12 İyun 2024

Qarabağ Universiteti SABAH qruplarının 2024/2025-ci tədris ili üzrə bakalavriatura səviyyəsində tələbə qəbulu üçün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Dillər Universitetində (ADU) infosessiya keçirildi. 
Ali təhsil müəssisələrinin rəhbərliyinin iştirakı ilə keçirilən infosessiyada SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova tələbə qəbulu qaydaları, seçim mərhələləri haqqında məlumat vermişdir. 
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Qarabağ Universitetinin SABAH qruplarında yaradılacaq imkanlar barədə məlumat vermişdir.
Tədbirdə eləcə də #UNEC-in prorektoru Gəray Musayev, #BSU-nun rektoru Anar Nağıyev və #ADU-nun prorektoru Kifayət Hacıyeva çıxış etmişdir.