XƏBƏRLƏR

Dəvətli professorlar SABAH tələbələri üçün seminar keçib.

TƏLƏBƏLƏR

24 Oktyabr 2024

SABAH qrupları və #Aİ Academy-nin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (#ADNSU) bakalavr və magistr tələbələri üçun “Xəstəliyin erkən aşkarlanması üçün genetik və süni intellektə əsaslanan məlumatların təhlili” mövzusunda seminar keçirilib. 
Seminarda #Lüksemburq Biotibbi Sistem Mərkəzinin direktor müavini, “Galcies Biome” şirkətinin baş elmi məsləhətçisi Dr. Evan Williams, Lüksemburq Biotibbi Sistem Mərkəzinin tədqiqatçısı, “Glacies Biome” şirkətinin baş direktoru və təsisçisi Nihat Əliyev mövzu üzrə tələbələrə seminar keçiblər. Seminarda “Genetikanız və ətraf mühitiniz sağlamlığınızı necə formalaşdırır?”, “DNT-mizin hansı hissələri bizi unikal edir?”, həmçinin “Hazırda öz DNT-mizlə nə edə bilərik?” kimi mövzular ətrafında təqdimat keçirilib. 
Tədbirdə ADNSU SABAH tələbələri ilə yanaşı, BDU SABAH və AzTU SABAH tələbələri də iştirak ediblər. 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.