XƏBƏRLƏR

ADNSU SABAH tələbəri “Techcell” hakatonunda III yer tutdu!

TƏLƏBƏLƏR

29 May 2024

Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə keçirilən “Techcell” hakatonunda #ADNSU #SABAH qruplarının "İnformasiya təhlükəsizliyi" ixtisasının 3-cü kurs tələbələri Zaman Kazımov, Arzu Mirzabəyova və İsa Quliyev “Telko Transport Topologiyası və Xəbərdarlıq Vizualizasiyası” layihəsi ilə 3-cü yerə layiq görülüblər.

Hakaton 18-19 may tarixlərində baş tutub və iştirakçılara “Azercell” şirkəti və UFAZ-dan peşəkar mentorlar dəstək verib. İştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid 5 fərqli mövzu üzrə həllər təklif etmək tapşırılmışdı. Mövzular “Mobil İnfrastrukturdakı Təhlükəsizlik Testləri üçün Proqram,” “Mərkəzləşdirilmiş Qüsurların İdarə Edilməsi Platforması,” “Mərkəzləşdirilmiş Performansın İdarə Edilməsi Platforması,” “Telko Transport Topologiyası və Xəbərdarlıq Vizualizasiyası” və “Kütləvi Mobil Şəbəkə Testlərinin Tətbiqi” idi. Ümumilikdə 15 universitetdən 96 komandanın müraciət etdiyi yarışmada 30 komanda final mərhələsinə qatılmaq imkanı əldə edib. 3 nəfərdən ibarət komandalar verilən mövzulardan birinə uyğun kod və proqramlaşdırma tapşırıqlarını icra ediblər. İştirakçıların seçimi zamanı onların kibertəhlükəsizlik, proqramlaşdırma, mobil şəbəkə təhlükəsizliyi kimi sahələrdə bilikləri ilə yanaşı, gender balansının qorunması, yumşaq bacarıqlardan istifadə kimi bacarıqlarına da nəzər yetirilib. Komandalar pul mükafatları və baş sponsor “Azercell”in xüsusi hədiyyələri ilə təltif olunublar.